19 yaşlı futbolçu “Bavariya”ya “yox” dedi

“Lion”un gənc komandasının üzvü Yaya Sumare “Bavariya”dan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Xəbərdə, Sumarenin Münhen klubuna “yox” dediyi bildirilib.

“Bavariya” Sumareyə əvəzedici komandada oynamağı təklif etmişdi. Lakin fransız hücumçu bu təkliflə razılaşmayıb.

“Lion”un yetirməsi olan Sumarenin klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button