Liderlərin duelində “Sərhədçi” sevindi
Azərbaycan Basketbol Liqasında (ABL) 15-ci tura start verilib.
Komanda.az xəbər verir ki, turun açılış oyununda ilk iki pillədə qərarlaşmış “Sərhədçi” və NTD komandaları üz-üzə gəliblər.
“Sərhədçi” İdman Mərkəzində keçirilən matçda NTD-nin qələbəsi ilə yekunlaşıb – 79:78.
Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Endər Poladxanlı (20 xal, 4 ribaund ), NTD-dən isə Londel Kinq (27 xal, 23 ribaund) olub.
Turun digər oyunlarında “Sabah” “Zirvə Astara”nı, “AAAF Xırdalan” “Neftçi İK”nı, “Gəncə” isə “Olimpik Şəki”ni sınağa çəkəcək. Bu görüşlər 28-29 yanvarda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin