Liderdən növbəti qələbə

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, 18-ci turada ilk görüş MOİK və “Murov” arasında olub. “Hərbiçilər”ə 3:0 (25:21, 26:24, 25:20) hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası aktivinə növbəti 3 xalı əlavə edib.

“Murov” voleybol klubunun idman zalında təşkil olunan turun ikinci matçında isə “Ekspress” “Sərhədçi” ilə üz-üzə gəlib. Hər üç setdə rəqibindən üstün olan “Sərhədçi” 3:0 (25:22, 25:23, 25:15) hesabı ilə qələbə qazanıb.

Beləliklə, 18 turda sonra “Murov” 38 xalla turnir cədvəlində liderliyini davam etdirir. Bu turda istirahət edən “Neftçi” 33 xalla ikinci, MOİK 25 xalla üçüncüdür. Aktivindəki xalları 6-ya çatdıran “Sərhədçi” 4-cü pilləyə yüksəlib. Onlar “Ekspress”i set fərqində qabaqlayırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button