Liderdən növbəti qələbə

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Komanda.az xəbər verir ki, bu gün 13-cü tur çərçivəsində “Azərreyl” və “Murov” komandaları üz-üzə gəliblər.

GİN-in Voleybol Mərkəzində təşkil olunan qarşılaşma gərgin “Azərreyl”in qələbəsiylə yekunlaşıb.

Bu qələbədən sonra xallarının sayını 33-ə çatdıran (11 qələbə) “Azərreyl” liderliyini qoruyub. “Murov” 29 xalla (10 qələbə) 2-ci, “Abşeron” 24 xalla (8 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

Turun digər oyunları fevralın 14-də və 17-də keçiriləcək. Sabah saat 15:00-da GİN Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları üz-üzə gələcəklər. 3 gün sonra isə turun son qarşılaşması keçiriləcək. UNEC öz meydanında “Gəncə” klubunu qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.

“Azərreyl” – “Murov Az Terminal” 3:1 (24:26, 25:21, 26:24, 25:14)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button