“Bolonya”dan inamlı qələbə
Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, liderlər qrupunda yer alan “İnter”lə “Yuventus” turun ilk oyun günündə meydanda çıxıb. “İnter” “Verona”nı qəbul edib, “Yuventus” isə səfərdə “Kalyari” ilə qarşılaşıb. Həm Milan, həm də Turin təmsilçisi turu qələbə ilə başa vurub.
Turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib. Səfərdə “Cenoa” ilə qarşılaşan “Latsio” darmadağına sevinib. “Venetsiya” da “Udineze” ilə ev oyunundan məğlub ayrılıb.
“Roma” doğma meydanda “Salernitana” üzərində əzmkar qələbəyə sevinib. “Napoli” isə “Fiorentina” ilə ev oyunundan məğlubiyyətlə ayrılıb. Səfərdə “Sassuolo”nun qonağı olan “Atalanta” da turu məğlub başa vurub.
Lider “Milan” bu turda Turində “Torino”nun qonağı olub. Bu qarşılaşmada qapılara qol vurulmayıb.
Turun qapanış matçında “Bolonya” doğma meydanda “Sampdoriya”ya 2 cavabsız qolla qalib gəlib.
İtaliya A Seriyası, 32-ci tur
9 aprel
Empoli – Spetsiya 0:0
İnter – Verona 2:0
Qol: Barella, 22. Dzeko, 30.
Kalyari – Yuventus 1:2
Qol: J.Pedro, 10 – De Liqt, 45. Vlahoviç, 75.
10 aprel
Cenoa – Latsio 1:4
Qol: Patriç, 68-öz qapısına – Marusiç, 31. İmmobile, 45+1; 63; 76.
Venetsiya – Udineze 1:2
Qol: Henri, 86 – Deulofeu, 35. Bekao, 90+4.
Napoli – Fiorentina 2:3
Qol: Mertens, 58. Osimhen, 84 – Qonzales, 29. İkone, 66. Kabral, 72.
Sassuolo – Atalanta 2:1
Qol: Traore, 24; 61 – Muriel, 90+3.
Roma – Salernitana 2:1
Qol: K.Peres, 82. Smollinq, 85 – Radovanoviç, 22.
Torino – Milan 0:0
11 aprel
Bolonya – Sampdoriya 2:0
Qol: Arnautoviç, 61; 76.
Bizi Facebook-da izləyin