
“Leyptsiq” Portuqaliya millisinin üzvünü transfer etmək istəyir
Portuqaliya millisinin və “Portu”nun hücumameyilli yarımmüdafiəçisi Fransisko Konseysao karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Leyptsiq” 21 yaşlı futbolçunu cari transfer pəncərəsində almaq istəyir. Bundesliqa təmsilçisindən başqa, onun keçidində “Yuventus” da maraqlıdır.
Konseysao ötən mövsüm “Portu”nun heyətində 43 matçda iştirak edib, 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin