“Levante”dən “Trabzonspor”a 3 milyonluq transfer
Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Şimali Makedoniya yığmasının hücumameylli yarımmüdafiəçisi Enis Bardini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İspaniyanın “Levante” klubundan transfer olunmuş 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb. İspaniya klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər olan futbolçunun transferi üçün qarşı tərəfə 3 milyon avro ödəniləcək. Enis özü isə yeni klubunda ilinə 1.3 milyon avro qazanacaq.
Bardi 2017-ci ilin iyulundan “Levante”nin uğurları üçün çalışırdı. O, bu komandada keçirdiyi 5 mövsüm ərzində 162 oyuna çıxıb, 24 qola imza atıb. Yarımmüdafiəçi daha öncə “Uypeşt” və “Prespa Birlik” klublarında forma geyinib. Enis Şimali Makedoniya yığmasında 48 oyuna 11 qolla yadda qalıb.
Bizi Facebook-da izləyin