Levandovski Bundesliqada ilkə imza atdı

“Bavariya”nın hücumçusu Robert Levandovski Almaniya Bundesliqasında vurduğu qolların sayını 251-ə çatdırıb.

Komanda.az xəbər verir ki, polşalı forvard buna ötən gün “Volfsburq”a 2:1 hesabıyla qalib gəldikləri oyunda dubla imza atmaqla nail olub.

Bununla da 32 yaşlı hücumçu Bundesliqada 250-dən çox qol vuran ilk üç futbolçudan birinə çevrilib. Hazırda ondan çox qol vuran yalnız iki futbolçu var – Herd Müller (365) və Klaus Fişer (268). Amma Levandovski Bundesliqada 250-dən çox qol vuran ilk legioner futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, “Bavariya”da yeddinci mövsümün keçirən polşalı hücumçu, daha öncə dörd mövsüm də “Borussiya”nın (Dortmund) uğurları üçün çalışıb. O, cari mövsümdə meydana çıxdığı 16 oyunda 18 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button