Levandovski müəmması

“Bayern”in hücumçusu Robert Levandovski klubla müqaviləni yeniləməyə bilər.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı polşalı futbolçu Almaniya klubu ilə gələn mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyi düşünmür. İspaniyanın “Barselona” klubu isə hələ də Levandovskinin transferində maraqlıdır.

“Bayern” Levandovskini yay transfer dövründə 35-50 milyon avroya sata bilər.

Polşalı hücumçu 2014-cü ildən “Bayern”də çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Levandovski bu mövsüm Almaniya klubunun heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 49 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button