“Bir neçə gün əvvəl Kanteni evə göndərdim” – Lempard

“Çelsi”nin baş məşqçisi Frenk Lempard komandanın zədəli futbolçusu Nqolo Kantenin vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, Fransa yığmasının heyətində dizindən zədələnən 28 yaşlı futbolçunun Premyer Liqanın ilk turunadək sağalacağına ümid etdiyini deyib:

“Bir neçə gün əvvəl Kanteni evə göndərdim. Onun indi istirahətə ehtiyacının olduğunu düşünürəm. Bu, onun müalicəsinin pis getməsi ilə bağlı deyil. Əksinə, o, artıq yaxşılaşır və ümid edirəm ki, biz İngiltərədəki məşqlərə başlayanda, o da komandaya qoşulacaq. Həkimlər tezliklə vəziyyətinin yaxşı olacağını deyirlər. İnanıram ki, Kante Premyer Liqanın ilk turunda keçirəcəyimiz “Mançester Yunayted”lə oyuna hazır olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button