Legioneri Super Liqa klubu ilə müqaviləsini ləğv etdi
Türkiyənin “Ərzurumspor” klubu yarımmüdafiəçisi İbrahim Sissoko ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Fil Dişi Sahilindən olan 29 yaşlı futbolçu klubla müqaviləsinə dekabrın 28-də birtərəfli qaydada xitam verib. Lakin Ərzurum təmsilçisi futbolçunun bu qərarını haqsız hesab edir. Bu üzdən də klub rəhbərliyi legionerlə bağlı Türkiyə Futbol Federasiyasına, eləcə də UEFA və FİFA-ya şikayət ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Sissoko bu mövsümün əvvəlində “Ərzurumspor”a transfer edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin