“Layiqli qələbə qazandıq, amma…” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 31-ci turunun “Lester”lə görüşünü (3:1) dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA Çempionlar Liqasının 1/4 finalının “Bayern” ilə qarşılaşmasından da söz açıb:

“Futbolçularım oyunun sonlarına doğru yaxşı oynamadılar. Çempionlar Liqasında keçirdiyimiz matçdan sonra cari durumu ürəkaçan olmayan komandaya qarşı mübarizəyə yaxşı start verməyimiz vacib idi. Futbolçularımın dincəlməsi üçün əvəzetmələrdən yararlandım.

Layiqli qələbə qazandıq, amma bəzi epizodlarda nəzarəti itirirdik. Bəxtimiz gətirdi ki, “Bayern” ilə ilk oyunu səfərdə yox, evdə keçirdik. Diqqətimizi nə qədər cəmlədiyimizi, yəqin, görmüşdünüz.

“Arsenal”a çatmaq üçün vacib nəticə saymaq olarmı? Əlbəttə, bəli”.

“Şəhərlilər” hazırda İngiltərə çempionatının turnir cədvəlində 70 xalla ikinci, “Lester” isə 25 xalla 19-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button