
İspaniya klubunun əsas hədəfi: Haland
“Barselona”nın prezidenti Xuan Laporta komandanı yüksək ödənişli hücumçu ilə gücləndirmək niyyətindədir.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, o, hücum xəttinə “Mançester Siti”nin norveçli forvardı Erlinq Halandı gətirmək istəyir.
Halandın transferi üçün ciddi maliyyə resursları tələb olunacaq, ancaq Laporta nikbindir. Klub rəhbəri hesab edir ki, bu keçid mümkündür, xüsusən də, “Mançester Siti”nin mövsüm ərzində qeyri-sabit nəticələr göstərməsi fonunda.
Kataloniyalıların idman direktoru Deku isə alternativ olaraq “Atletiko”nun hücumçusu Xulian Alvaresi nəzərdən keçirir. Buna baxmayaraq, Laportanın əsas hədəfi məhz Halanddır.
“Barselona” yeni hücumçu transferi üzərində işləyir, çünki Robert Levandovski böyük ehtimalla, gələn yay komandadan ayrılacaq.
Bizi Facebook-da izləyin



