“Barselona”nın prezidenti Messinin atası ilə görüşdü
“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin atası ilə görüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, son dünya çempionuna hörmət etdiyini vurğulayıb:
“Leonun atası ilə görüşdük. Onu DÇ-2022-dəki qələbə münasibətilə təbrik etdim. Messiyə hörmət edirəm. Bu səbəbdən, başqa klubun futbolçusu haqda danışmaq istəmirəm. Bu məsələdə söhbət puldan getmir”.
35 yaşlı argentinalı hücumçu 2005-2021-ci illərdə “Barsa”nın formasını geyinib. O, La Liqa təmsilçisinin heyətində 778 oyuna çıxıb, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
Messi hazırda PSJ-də çıxış edir. Onun Paris klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Cari mövsümdə o, paytaxt təmsilçisinin heyətində 28 oyuna çıxıb, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin