ÇL: Yamaldan PSJ ilə oyuna proqnoz
“Barselona”nın yarımmüdafiəçisi Lamin Yamal Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə ilk oyunu ərəfəsində keçirdiyi emosiyalardan danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu çox həyəcanlı olduğunu bildirib:
“Mən çox həyəcanlıyam. Bu, mənim turnirdə ilk 1/4 final matçımdır və orada oynamaq arzumdur. Biz öz futbolumuzu oynamalı və rəqibə üstünlük imkanı verməməliyik.
Bu matç üçün proqnozum? 1:0. Kim qol vuracaq? O, mən olacam”.
Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə PSJ arasında ilk oyun aprelin 10-da baş tutacaq.
16 yaşlı Yamal bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna qədərdir.
Bizi Facebook-da izləyin