“Barselona” elə bir klubdur ki, orada hamı sənin haqqında danışır” – Yamal
“Barselona”nın 16 yaşlı yarımmüdafiəçisi Lamin Yamal Kataloniya klubunda çıxış edən futbolçuların hansı təzyiq altında olduqlarından danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, bunları deyib:
“Hər oyunda siz dolu bir stadion görəcəksiz. “Barselona” elə bir klubdur ki, orada hamı sənin haqqında danışır. Sizə lazım olan yalnız bunun bir oyun olduğunu düşünmək və əylənməyə çalışmaqdır”.
Yamal katalonların yetirməsidir və 2023-cü ilin yayında “Barselona”nın əsas komandasına qoşulub. O, bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin