La Liqanın tarixinə düşən futbolçu karyerasını bitirir

İspaniyanın “Betis” klubunun yarımmüdafiəçisi Xoakin peşəkar karyerasını başa vurmağa qərar verib.

Komanda.az xəbər verir ki, 41 yaşlı vinger bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, cari mövsümün sonunda karyerasını bitirəcəyini bəyan edib.

Sağ cinah yarımmüdafiəçisi məhz “Betis”in yetirməsidir. O, 2006-cı ildə bu klubdan ayrılaraq “Valensiya”, “Malaqa” və “Fiorentina” kimi klublarda forma geyinib. Təcrübəli oyunçu 2015-ci ildə yenidən “Betis”ə qayıdıb.

İspan yarımmüdafiəçi La Liqada keçirdiyi 615 oyunla İspaniya çempionatında ən çox oyuna çıxan 2 oyunçudan biridir. Rekord Andoni Subisarettaya məxsusdur – 622. Xoakin bu mövsümün sonuna kimi “Betis”də hər oyunun iştirakçısı olsa, mütləq rekordu ələ keçirə bilər. Ona bunun üçün cəmi 8 oyun lazımdır. La Liqada mövsümün başa çatmasına isə 9 tur qalıb.

Xoakin İspaniya millisində də 51 oyun keçirib, 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button