La Liqanın ən yaxşısı bəlli oldu

İspaniya La Liqasında 2024/25 mövsümünün ən yaxşı futbolçusunun adı açıqlanıb.

Komanda.az xəbər verir ki, “Barselona”nın futbolçusu Rafinya birinci olub.

Keçirilən səsvermədə Braziliya yığmasının üzvü, Lamin Yamal, Robert Levandovski, Pedri, Kilian Mbappe, Vinisius Junior və Çud Bellingem kimi futbolçuları geridə qoyub.

28 yaşlı vinger La Liqada 38 oyunda 18 qol və 9 ötürmə ilə yadda qalıb.

Rafinya 2022-ci ilin yayından “Barsa”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button