La Liqanın ən çox bahalaşan futbolçusu odur
“Transfermarkt” portalının səhifələrində İspaniya La Liqasında çıxış edən bəzi futbolçuların qiymət etiketləri yenilənib.
Komanda.az portala istinadən xəbər verir ki, ən çox bahalaşan futbolçu “Barselona”nın yarımmüdafiəşisi Lamin Yamal olub. Onun qiyməti 30 milyon avro artıb və hazırda 150 milyona çatıb.
İkinci yeri “Real”ın hücumçusu Vinisius Junior və “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes bölüşüblər. Onların hər biri 20 milyon avro bahalaşıb. Hazırda Vinisius 200 milyon, Lopes isə 50 milyon avro dəyərində qiymətləndirilir.
Vinisius dünyanın ən bahalı futbolçuları siyahısında birinci olan “Mançester Siti”nin norveçli forvardı Erlinq Halanda çatıb. Braziliyalı hücumçu bu il “qızıl top”a əsas namizəd hesab olunur.
Bizi Facebook-da izləyin