La Liqada oktyabrın ən yaxşısı adına namizədlər bilindi

İspaniya La Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına namizədlərin adları açıqlanıb.

Komanda.az La Liqanın mətbuat xidmətinə istinadən xəbər verir ki, mükafat uğrunda beş futbolçu mübarizə aparacaq.

“Atletiko”dan (Madrid) Antuan Qrizmann (2 matçda 1 məhsuldar ötürmə), “Barselona”dan Robert Levandovski (2 matçda 5 qol), “Real Sosyedad”dan Mikel Oyarzabal (2 matçda 1 qol, 1 məhsuldar ötürmə), “Real”dan (Madrid) Vinisius Junior (2 matçda 2 qol) və “Atletik”dən (Bilbao) Aleks Berenqer (2 matçda 1 qol, 3 məhsuldar ötürmə) oktaybrın ən yaxşı futbolçusu olmağa namizəddirlər.

Ötən ay La Liqanın ən yaxşı oyunçusu “Barselona”dan Lamin Yamal seçilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button