La Liqada martın ən yaxşı məşqçisi məlum olub

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatında mart ayının ən yaxşı məşqçisi seçilib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, artıq almaniyalı mütəxəssisin La Liqanın hazırkı yarışında dördüncü mükafatıdır.

“Barselona” martda ölkə çempionatında iki oyun keçirib, hər ikisində qalib gəlib. Kataloniyalar bu ay “Real Sosyedad”ı (4:0) və “Atletiko”nu (4:2) məğlub ediblər.

Ehtiyatda bir oyunu olan 60 yaşlı Flikin yetirmələri 28 turdan sonra 60 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. Komanda martın 27-də öz meydanında təxirə salınmış matçda “Osasuna” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button