La Liqada klubların məşqlərə başlamasına icazə verildi
Koronavirus pandemiyasına görə təxminən iki aydı fasilə verilən İspaniya La Liqasında qadağalar tədricən ləğv olunmağa başlayır.
Komanda.az xəbər verir ki, La Liqa rəhbərliyi klubların bu həftədən etibarən məşqlərə başlaya biləcəyini açıqlayıb.
Lakin qərara əsasən, La Liqa və Sequnda klublarının futbolçuları hələlik fərdi qaydada məşq edəcəklər. Mövcud vəziyyətlə əlaqədar bütün klublar öncədən açıqlanan sağlıq protokoluna əsasən hazırlıq keçə biləcəklər.
Qeyd edək ki, La Liqada 2019/20 mövsümünün iyunda bərpası planlaşdırılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin