La Liqada ilk: 200-cü “quru oyun”
“Espanyol” İspaniya La Liqasının 24-cü turunda səfərdə “Valensiya” ilə qolsuz bərabərə qalıb.
Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, 0:0 hesabıyla bitən matç “Espanyol” üçün əlamətdar olub. Belə ki, Kataloniya təmsilçisi La Liqada 200-cü 0:0 hesablı heç-heçəsini edib.
“Espanyol” 200 dəfə qolsuz bərabərə qalaraq, La Liqanın tarixinə düşüb.
La Liqada “Atletik” 199, “Sevilya” 187, “Real Sosyedad” isə 186 dəfə 0:0 hesablı nəticə əldə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin