La Liqada avqust ayının ən yaxşıları açıqlandı

İspaniyanın “Barselona” klubunun hücumçusu Rafinya La Liqada avqust ayının ən yaxşı oyunçusu seçilib.

Komanda.az xəbər verir ki, kataloniyalılar cari mövsümə ardıcıl dörd qələbə ilə başlayıb və 27 yaşlı futbolçu bu matçlarda üç qol vurub, iki məhsuldar ötürmə edib.

Braziliyalı forvard ilk dəfə İspaniya çempionatında ayın ən yaxşı oyunçu adına layiq görülüb.

“Barselona”nın baş məqşçisi Hansi Flik isə avqust ayının ən yaxşı baş məşqçisi adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button