La Liqa klubunda yeni müqavilə
İspaniyanın “Vilyarreal” klubu hücumçusu Moi Qomeslə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
26 yaşlı ispan futbolçu ilə yeni müqavilənin müddəti 2025-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Moi Qomes “Vilyarreal”ın öz yetirməsidir. O, 2015/16 mövsümündə “Xetafe”də icarədə oynayıb. 2016-cı ildə Xixon “Sportinq”inə transfer olunub. 2018/19 mövsümünü “Hueska”da icarədə keçirmiş hücumçu 2019-cu ildə “Vilyarreal”a qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin