La Liqa klubunda yeni hücumçu
İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi Venesuela millisinin hücumçusu Darvin Maçisi transfer edib.
Azad agent statusuna 29 yaşlı forvardla 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
Maçis ötən ilin yayından Meksika “Xuares”inin formasını geyinirdi. O, bu komandada 11 oyuna 1 qol vurub. Hücumçu daha öncə İspaniyada “Qranada”, “Herkules”, “Hueska”, “Leqanes” və “Kadis”in də formasını geyinib. O, Venesuela yığmasında 36 oyuna 9 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin