La Liqa klubunda yeni baş məşqçi
İspaniyanın “Alaves” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu vəzifəyə Abelardo Fernandes təyin olunub.
Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 50 yaşlı ispan mütəxəssislə bu ilin yayına qədər müqavilə imzalanıb.
Xatırladaq ki, Abelardo 2017-2019-cu illər aralığında da La Liqa təmsilçisini çalışdırıb.
Qeyd edə ki, La Liqada 18 oyuna 18 xal toplamış “Alaves” hazırda 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Klub rəhbərliyi ötən gün baş məşqçi Pablo Maçini istefaya göndərmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin