La Liqa klubunda daha 4 nəfər koronavirusa yoluxdu

Argentina millisinin və “Valensiya”nın futbolçusu Ezekiel Qarayın koronavirusa yoluxduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu şəxsi “instagram” hesabından məlumat yaymışdı.

O, paylaşımında koronavirus testinin müsbət çıxdığını və hazırda karantində olduğunu bildirib.

Argentinalı futbolçunun açıqlamasından bir neçə saat sonra La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə klubdakı vəziyyətin daha ciddi olduğunu bəyan edib. Belə ki, Qaraydan başqa, bu komandada daha 4 nəfər koronavirusa yoluxub. Klubun futbolçu və texniki heyətinə daxil olan həmin şəxslərin kimliyi açıqlanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button