La Liqa hakimində koronavirus aşkarlandı

Futbol üzrə İspaniya La Liqasının oyunlarına təyinat alan hakimlər koronavirus testindən keçirilib.

Komanda.az xəbər verir ki, həmin hakimlərdən birində koronavirus aşkarlanıb.

Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Testinin nəticəsi müsbət çıxan ədalət təmsilçisi təcrid olunub. Bir neçə gün sonra hakimlərdən növbəti dəfə test götürüləcək.

Qeyd edək ki, martda koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqasının iyunun 11-də bərpa olunacağı açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button