La Liqa “Barselona”nı sevindirdi, “Real”ın istəyini rədd etdi
DÇ-2022-nin seçmə mərhələ oyunları ilə əlaqədar futbolçuları millinin düşərgəsindən gec qayıdacaq İspaniya klubları buna görə La Liqa rəhbərliyindən oyunlarının təxirə salınmasını tələb edib.
Komanda.az xəbər verir ki, La Liqa rəhbərliyi bəzi klubların istəyini nəzərə alıb və onların oyunlarını təxirə salıb.
Belə ki, La Liqanın 4-cü turu çərçivəsində sentyabrın 11-də keçirilməli olan “Sevilya” – “Barselona” və “Vilyarreal” – “Alaves” matçları təxirə salınıb. Bu, sözügedən klublardan bəzisinin sentyabrın 12-də avrokubok matçlarının olması ilə izah olunub.
Əvəzində “Real” və “Atletiko”nun oxşar istəkləri qəbul edilməyib. “Real” sentyabrın 12-də “Selta”nı qəbul edəcəksə, “Atletiko” həmin gün “Espanyol”un qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin