“Lənkəran” türkiyəli basketbolçu ilə müqavilə bağlayıb

“Lənkəran” heyətinə türkiyəli basketbolçu cəlb edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə komandası Efe Baykalın transferini rəsmiləşdirib.

1,95 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. 19 yaşlı basketbolçu karyerası ərzində ölkəsinin “Emlak Konut”, “Samsunspor” və “Trabzonspor” klublarında forma geyinib.

Bu, debütantın 7-ci legioner transferi olub. Klub indiyə qədər amerikalılar Filmon Qebrihit, Emanuel Littls, Maykl Rocers, Qreqori Milton, Ceremi Berrayt və Andre Bolla ilə müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button