
“Kəpəz”in legioneri: “Qarşıda hələ uzun yol var və mümkünsüz heç nə yoxdur”
“Kəpəz”in legioneri Giorgi Papunaşvili sosial şəbəkədə paylaşım edib.
Komanda.az xəbər verir ki, gürcü futbolçu “Neftçi”yə (0:2) məğlubiyyətdən sonra “instaqram” səhifəsində belə yazıb:
“İstədiyimiz nəticə deyildi. Amma qarşıda hələ uzun yol var və mümkünsüz heç nə yoxdur. Sadəcə sakit olub, irəliyə baxmaq lazımdır”.
“Kəpəz” Premyer Liqada 18 turdan sonra 14 xalla 9-cu pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin