“Kəpəz” “Qarabağ”la oyuna görə cərimələndi

İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” oyununun 34-cü dəqiqəsində “Sumqayıt-2” komandasının futbolçusu Qabil Əlizadə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Sumqayıt-2” komandası 50 manat cərimə edilib.

“Kəpəz-2” – “Qarabağ-2” görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Qarabağ-2” oyununda “Kəpəz-2” komandası oyun günü planına riayət etmədiyinə görə (meydança sulanmayıb) “Kəpəz-2” komandası 100 manat cərimə edilib.

“Sumqayıt-2” – “Araz-Naxçıvan-2” görüşünün oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button