Kənd komandası Premyer Liqada
Növbəti mövsümdən futbol üzrə Ukrayna Premyer Liqasında iştirak etmək hüququna yiyələnən daha bir klubun adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən “Kolos” klubu tarixində ilk dəfə elitaya yüksəlib.
“Kolos” keçid turnirinin finalında Odessa “Çernomorets”ini iki oyunun yekununda üstələyib – 0:0, 2:0. Beləliklə, 1600 sakini olan Kovalyovka kəndi əhali sayı baxımından elitada təmsil olunacaq ən kiçik yaşayış məntəqəsi olub. Bu kənd Ukrayna paytaxtından 80 km aralıda yerləşir.
2012-ci ildə təsis olunmuş “Kolos” 2015/16 mövsümündə Ukrayna ikinci liqasında, 2016/17 mövsümündən birinci liqada çıxış edib. Komandanın ev oyunlarını keçirdiyi stadion 1850 tamaşaçı tutumuna malikdi.
Bizi Facebook-da izləyin