“Roma” “Yuventus”un futbolçusuna müqavilə təklif edib
İtaliya millisinin və “Yuventus”un vingeri Federiko Kyeza karyerasını A Seriyasının digər klubunda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçinin transferində “Roma” maraqlıdır. Paytaxt klubunun rəhbərliyi futbolçuya 5,5 milyon avro maaşla müqavilə təklif edib.
Kyeza “Yuventus”un yeni məşqçilər heyətinin planlarına daxil edilməyib və bu səbəbdən komandasını dəyişməyə yaxındır.
26 yaşlı futbolçu ötən mövsüm 37 matçda iştirak edib, 10 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin