“Messi birdən ayağa qalxıb, mənə tərəf gəldi” – Gürcü futbolçu
“Napoli”nin vingeri Xviça Kvaratsxeliya “qızıl top” mərasimində “İnter Mayami”nin hücumçusu Lionel Messi ilə görüşündən danışıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, gürcü futbolçu Messinin davranışını yüksək qiymətləndirib:
“Messi sağımda oturmuşdu. Reklam fasiləsi zamanı ayağa qalxmamağımız və hərəkət etməməyimiz barədə xəbərdarlıq edildi, mən də oturdum. Messi birdən ayağa qalxıb, mənə tərəf gəldi. Nə baş verdiyini anlamadım, amma əlini qaldırıb əlimi sıxdı. Mən bu davranışı çox yüksək qiymətləndirirəm, o, heyrətamiz insandır”.
22 yaşlı futbolçu səsvermənin nəticələrinə görə 17-ci yeri tutub. Messi 8-ci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin