“Real” Kurtuasız oynamalı olacaq

“Real”ın qapıçısı Tibo Kurtua İspaniya çempionatının növbəti turunda keçiriləcək “Leqanes”lə oyunda iştirak etməyəcək.

Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper madridlilərin son məşqini buraxıb.

“Leqanes”lə matçda “kral klubu”nun qapısını ukraynalı qolkiper Andrey Lunin qoruyacaq. Qarşılaşma bu gün Madridin “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Matçın start fiti saat 00:00-da çalınacaq.

Lunin İspaniya çempionatının cari mövsümündə 4 oyunda iştirak edib, onlardan ikisində qapısını toxunulmaz saxlaya bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button