Kurtua “el klasiko”da olacaq? – Ançelotti açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti qapıçı Tibo Kurtuanın La Liqada “Barselona”ya qarşı oynayıb-oynamayacağını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Kurtuanın məşqlərə başlayacağını deyib:

“Kurtua özünü daha yaxşı hiss edir. O, bazar günü “Barselona” ilə oyuna hazırlaşmaq üçün cümə axşamı ümumi qrupla məşqlərə başlayacaq”.

Oktyabrın əvvəlində 30 yaşlı belçikalı futbolçuya siyatik diaqnozu qoyulub.

“El klasiko” oktyabrın 16-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button