“Kürmük Qax” rəsmisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda 2-ci Liqanın 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Şəmkir” – “Sheki City” oyunu “Sheki Cty” klubunun qapıçısının formasında qüsurlar olduğuna görə görüş gec başlandığı üçün “Sheki City” klubu 80 manat cərimə edilib. “Şəmkir”in azarkeşləri tərəfindən oyunun hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Şəmkir” klubuna xəbərdarlıq edilib.
“Kürmük Qax” – “Şəfa” oyunu bitdikdən sonra “Kürmük Qax” klubunun direktoru Əlövsət Bayramov hakimlər otağına icazəsiz daxil olaraq oyunun rəsmi şəxslərinin ünvanına qeyri-etik ifadələr səsləndirdiyinə görə 5 oyun cəzalanıb, “Kürmük Qax” klubu 400 manat cərimə edilib. Bu oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kürmük Qax” klubu 50 manat cərimə edilib.
“Füzuli” – “Baku Sportinq” oyununda “Füzuli” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilib.
5-ci turun “Göygöl” – “Dinamo” oyununda “Göygöl” klubunun heyətində 25 nömrəli futbolçu Fərid Məmmədovun çıxış etməsi ilə bağlı məsələ İntizam Komitəsi tərəfindən ətraflı araşdırılıb. 2-ci Liqada transfer pəncərəsinin 30 sentyabrda bağlanmasını, “Göygöl” klubunun futbolçunun azad edilmə sənədini qarşı tərəfdən almasını, futbolçunun mövsüm ərzində 3 klubda sifariş edilib 2 klubda oynaya bilməsini, həmçinin 2-ci Liqanın yarıhəvəskar turnir olduğunu nəzərə alaraq “Göygöl” klubuna hər hansı sanksiya tətbiq edilməyib.
Bizi Facebook-da izləyin