Kubokda dəyişməz 4-lük
Azərbaycan kubokunda 1/4 final səddini adlayaraq yarımfinala yüksələn komandaların hamısı əvvəllər də buna nail olub.
Komanda.az xəbər verir ki, “Qarabağ” digər üç komanda ilə müqayisədə bunu daha çox bacarıb. Ağdam klubu tarixində 16-cı dəfə yarımfinalda oynayacaq. Əyalət təmsilçisi bu göstəricidə yalnız “Neftçi”dən geri qalır. Paytaxt klubunun rekordu 17-yə bərabərdir. Digər yarımfinalçılardan “Qəbələ” 8-ci, “Sumqayıt” 3-cü, “Zirə” 2-ci dəfə 1/4 final səddini keçib.
Maraqlıdır ki, yarımfinalçılar ötən mövsüm bu raundda oynayan komandalardır. “Qarabağ”, “Qəbələ”, “Sumqayıt” və “Zirə”dən ibarət “dördlük” yenə dəyişməz qalıb.
Bu, ölkə kuboku tarixində 3-cü belə hadisədir ki, ardıcıl iki dəfə eyni komandalar yarımfinala yüksəlir. 2009/10 və 2010/11 mövsümlərində AZAL, “Bakı”, “İnter” və “Xəzər Lənkəran”, 2015/16 və 2016/17 mövsümlərində “İnter”, “Neftçi”, “Qarabağ” və “Qəbələ” yarımfinalda yerini qoruyub.
Bizi Facebook-da izləyin