“Qarabağ”la “Neftçi” də 1/4 finala yüksəldi

Azərbaycan kubokunda 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk olaraq dünən iki oyun keçirilib. Premyer Liqa təmsilçilərindən “Sabah”la “Kəpəz” Tovuzda üz-üzə gəlib. 7 qolun vurulduğu matçda qələbəyə sevinən “Sabah” olub.

“Sumqayıt” isə bu mərhələdə “Karvan”la qarşılaşıb. 4 qolun qeydə alındığı matç sumqayıtlıların qələbəsiylə yekunlaşıb.

Dekabrın 19-da daha iki oyun baş tutub. Əvvəlcə “Araz-Naxçıvan” “İrəvan”ı sınağa çəkib. Premyer Liqa təmsilçisi darmadağınla qalib gələrək, mərhələni keçib.

Günün son matçında “Qəbələ” “İmişli” ilə qarşılaşıb və son dəqiqə qolu sayəsində mərhələ adlayıb.

Dünən kubokda daha iki oyun keçirilib. Əvvəlcə “Səbail” “Şamaxı” ilə üz-üzə gəlib. Qarşılaşma Premyer Liqa təmsilçisinin böyükhesablı qələbəsi ilə bitib – 6:0.

“Zirə” isə bu mərhələdə “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. Paytaxt təmsilçisi buna əzmkar qələbə ilə nail olub.

1/8 final mərhələsinin son oyunları bu gün keçiriləcək. “Qarabağ” Xankəndi şəhər stadionunda MOİK-lə görüşüb. Qarşılaşma “köhlən atlar”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi” isə kubokda növbəti mərhələyə adlamaq üçün “Qaradağ Lökbatan” səddini keçməli idi. Paytaxt klubu buna darmadağınla nail olub.

Azərbaycan kuboku, 1/8 final

18 dekabr

Kəpəz – Sabah 3:4
Qol:
Adama Niane, 36-pen; 45; 76 – Vinsent Til, 14. Cesse Sekidika, 23. Emmanuel Apeh, 39. Amin Seydiyev, 89.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Tovuz şəhər stadionu, 14:00

Sumqayıt – Karvan 3:1
Qol: Kamran Əliyev, 55. Erik Sorqa, 82. Rövlan Muradov, 88 – İzzət Müştaqov, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Sumqayıt şəhər stadionu, 17:00

19 dekabr

İrəvan – Araz-Naxçıvan 2:8
Qol: Vüsal Qənbərov, 16.Vüsal Əsgərov, 37 – Aleksey Nqando, 24. Orxan Əliyev, 24; 51. Aksel Nqando, 43; 45+4-pen. Miço Kuzmanoviç, 73. Elvis Maşike, 80; 83.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“ASK Arena”, 13:00 

İmişli – Qəbələ 0:1
Qol: Mehrac Baxşalı, 90+3.
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu, 16:00

20 dekabr

Səbail – Şamaxı 6:0
Qol:
Amil Yunanov, 23-pen; 45. Pedro Nuno, 50. Rüfət Abdullazadə, 56; 80. Adi Mehremiç, 90+2.
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”, 14:00

Səbail: 1. Səlahət Ağayev, 9. Amil Yunanov, 5. Adil Nağıyev (k), 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 48. Ayaz Mikayılov, 42. Adəm Topalov, 62. Zaman Zamanlı, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah
Baş məşqçi: Şahin Diniyev

Şamaxı: 1. Əkpər Vəliyev, 77. İbrahim Aslanlı, 21. Abbas Ağazadə, 80. Zahid Mərdanov, 4. Kənan Quliyev, 13. Ramin Əhmədov (k), 44. Salman Ələsgərov, 97. Elşad Tağıyev, 11. Samir Məhərrəmli, 74. Süleyman Damadayev, 9. Qurban Səfərov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 22. Sahib Həsənov, 17. Elçin Rəhimli, 23. Rövşən Şahmuradov, 7. Emil Qasımov, 20. Əli Mürsəlov, 99. Cəlal Cəbrayılov, 56. Samir Ağayev, 72. Xəyyam Hüseynov, 88. Elçin Qasımov, 3. Əbil Əbilov, 8. Edqar Adilxanov
Baş məşqçi: Ramiz Məmmədov

Zirə – Turan Tovuz 2:1
Qol: Filipe Paxtman, 82. Rüstəm Əhmədzadə, 88 – Otto Con, 4.
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksinin stadionu, 17:00 

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 70. İssa Cibrila, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

Turan Tovuz: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov

21 dekabr

Qarabağ – MOİK 1:0
Qol: Nəriman Axundzadə, 90+3.
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Xankəndi şəhər stadionu, 14:00

Qarabağ: Luka Quqeşaşvili, Mateus Silva, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Marko Yankoviç, Riçard Almeyda, Nəriman Axundzadə, Redon Cica, Hamidu Keyta, Juninyo.
Ehtiyat oyunçular: Andrey Lunyov, Amin Ramazanov, Bədavi Hüseynov, Marko Veşoviç, Toral Bayramov, Abbas Hüseynov, Julio Romao, Patrik Andrade, Yassin Benzia, Abdullah Zubir, Leandro Andrade, Adama Diakabi.
Baş məşqçi: Qurban Qurbanov.

MOİK: Zeynal Əhmədzadə, Fərid Abbaslı, Nicat Əskərov, Nurlan Bayramov, İsa Zeynallı (k), Ramil Orucov, Xəyal Bədirov, Elvin Vəliyev, Elmir Rəhimzadə, Sabir Allahquliyev, Ülvi İbazadə.
Ehtiyat oyunçular: Ayxan Qocayev, Məhmməd Qurbanov, Nihad Ağayev, Həsrət Mürsəlov, Cavidan Abbaszadə, Samir İbrahimov, Raul Musayev, Murad Musayev, Elşən Veysov, Elçin Bayramov.
Baş məşqçi: Qəzənfər Abbasov.

Neftçi – Qaradağ Lökbatan 4:0
Qol: Aaron Olanare, 23-pen. Murad Qayalı, 72-öz qapısına. Yeqor Boqomolski, 77. Andre Şinyaşiki, 81.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Neftçi Arena”, 18:00

Neftçi: 93. Rza Cəfərov, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 99. Ervin Koffi, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Məşqçi: Alin-Nicolae Çita.
Qaradağ Lökbatan: 25. Əmrah Zülfüqarlı, 8. Ürfan İsmayılov (k), 5. Murad Qayalı, 6. Xəyal Tomarov, 17. Kənan Cəfərov, 7. Sultan Mustafayev, 33. Fərid Mahmudov, 44. Cavidan Rəhimli, 9. Xəlil Bəşirov, 11. Seyxan Fərəcov, 15. Mehdi Tahirov.
Ehtiyat oyunçular: 90. Cavidan İzzətli, 21. Novruz Məmmədov, 77. Sərxan Abdullayev, 88. Tunar Mütəlimov, 22. Mehman Məsimov, 3. İsa İsayev, 4. Asif Məmmədov, 27. Mircamal Əlizadə, 19. Mehdi Həşumov.
Baş məşqçi: Azər Həşimov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button