“Mən ona hörmət etməyən adam tanımıram” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo Böyük Britaniya kraliçası II Elizabetin ölümünə münasibət bildirib.

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, portuqaliyalı məşqçi, çox kədərləndiyini deyib:

“Kraliçanın ölümünə görə çox kədərlənirəm. Böyük Britaniyada qərib deyiləm, bura mənim evimdir. II Elizabet gözəl insan idi. Mən ona hörmət etməyən adam tanımıram”.

II Elizabet 1952-ci ildə, atası Kral VI Georqun ölümündən sonra taxta çıxıb. Britaniya taxt-tacının vərəsəlik qaydasına görə, Böyük Britaniyanın növbəti kralı onun oğlu, Uels şahzadəsi Çarlz olub. Bu il onun 74 yaşı tamam olur.

Bukingem Sarayı sentyabrın 8-də Böyük Britaniya kraliçasının 96 yaşında vəfat etdiyini elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button