Koutinyo: “Gələcəkdə onunla bir komandada forma geyinmək istərdim”

“Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyo İspaniya mətbuatına maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi, PSJ-də çıxış edən həmyerlisi Neymarla bir klubda oynamaq istədiyini deyib:

“Neymarla oynamaq həmişə gözəldir. Biz onunla Braziliyanın gənclərdən ibarət komandasında və əsas yığmasında çoxlu oyun keçirmişik. Ancaq bir klubda olmamışıq. Gələcəkdə onunla bir komandada forma geyinmək istərdim”.

İspaniya mətbuatı Koutinyonun yayda “Barselona”dan ayrılacağını iddia edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button