Koronavirusun İtaliya futboluna “hədiyyə”si – 30 milyon avro
Son günlərdə bütün dünyada yayılan koronavirus epidemiyasının İtaliya futboluna vurduğu ziyan açıqlanıb.
Komanda.az xəbər verir ki, virus səbəbiylə A Seriyası oyunlarının bir neçəsinin ləğv olunması, eyni zamanda, azarkeşsiz keçirilməsi İtaliya klublarına maddi ziyan vurub. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatda, oyunların təxirə salınmasının klubların gəlirlərinə böyük təsir etdiyi qeyd olunub. Epidemiya səbəbiylə klubların ümumilikdə təxminən 30 milyon avro ziyana düşdüyü bildirilir.
A Seriyası klublarından ən çox ziyan görən isə “Yuventus” olub. “Qoca sinyora”nın təxirə salınan və salınması ehtimal olunan oyunlar səbəbiylə 12 milyon avrodan artıq maddi zərər gördüyü deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin