La Liqa matçları azarkeşlərin iştirakıyla keçirilə bilər

Koronavirusa görə dayandırılan İspaniya La Liqası iyunun 11-də bərpa olunacaq.

Komanda.az xəbər verir ki, hələlik azarkeşsiz keçiriləcək La Liqanın son turlarında fanatlar stadiondan matçları izləyə bilərlər. Bu barədə “El Mundo Deportivo” nəşri məlumat yayıb.

Belə ki, İspaniya hökuməti iyunun 29-da azarkeşlərin stadionlara daxil olması qadağasını aradan qaldıra bilər. Belə olacağı halda, La Liqa matçlarını stadionun tutumunun 30 faizi qədərində azarkeş izləyə bilər.

Qərar qəbul olunsa, iyunun 30-da keçirilməli olan “Barselona” – “Atletiko” matçını 30 min azarkeş izləyə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button