Koronavirusa görə daha bir oyun təxirə salındı
Futbol üzrə İtalaiya A Seriyasında daha bir oyun təxirə salınıb.
Komanda.az xəbər verir ki, koronavirus təhlükəsinə görə bu gün Bakı vaxtı ilə saat 18:00-da başlamalı olan “Torino” – “Parma” görüşü də başqa günə keçirilib.
Qeyd edək ki, daha əvvəl eyni problem səbəbindən 3 qarşılaşma – “Verona” – “Kalyari”, “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” matçları da təxirə salınıb.
Hələlik oyunların yeni tarixi haqda məlumat verilmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin