Koronavirusa görə 4 aylıq maaşlarından imtina etdilər – RƏSMİ
İtaliyanın “Roma” klubunun futbolçuları 4 aylıq maaşlarından imtina ediblər.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, bu qərar koronavirus pandemiyası səbəbindən maliyyə böhranını aradan qaldırmağa və klub işçilərini işdən çıxarmamağa kömək edəcək. Futbolçularla yanaşı baş məşqçi Paulo Fonseka və məşqçilər heyəti də bu addımı atıblar. Bu isə o deməkdi ki, “Roma”nın futbolçuları və məşqçiləri mövsümün sonuna kimi maaş almayacaqlar.
Qeyd edək ki, İtaliya A Seriyası 26-cı turdan sonra dayandırılıb. Hazırda turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. “Roma” 45 xalla 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin