Koronavirus badmintona da təsir etdi, dünya çempionatı təxirə salındı

Danimarkada keçirilməsi planlaşdırılan kişi və qadınlar üzrə badminton çempionatı təxirə salınıb.

Komanda.az xəbər verir ki, buna səbəb, dünyada yayılan koronavirus pandemiyasıdır. Bu barədə Beynəlxalq Badminton Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 16-24 may tarixləri arasında keçirilməsi planlaşdırılan turnir avqustda baş tutacaq. Yarış 15-23 avqust tarixlərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button