Konfrans Liqasının da püşkü atıldı

Avropa Konfrans Liqasında 1/4 final, yarımfinal və finalın püşkü atılıb.

Komanda.az xəbər verir ki, ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbaxça”nın da növbəti raunddakı rəqibi müəyyənləşib.

İstanbul təmsilçisi Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq.

1/4 final
“Brügge” (Belçika) – PAOK (Yunanıstan)
“Olimpiakos” (Yunanıstan) – “Fənərbaxça” (Türkiyə)
“Aston Villa” (İngiltərə) – “Lill” (Fransa)
“Viktoriya” (Çexiya) – “Fiorentina” (İtaliya)

Yarımfinal
“Aston Villa”/“Lill” – “Olimpiakos”/“Fənərbaxça”
“Viktoriya”/“Fiorentina” – “Brügge”/PAOK

1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda reallaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button