Konfrans Liqasında Türkiyə klubları üçün uğurlu gün
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Sabah”la “Neftçi” də növbəti matçlarına bu gün çıxıblar.
Onlar doğma meydanda müvafiq olaraq Serbiya “Partizan”ı və Türkiyə nəhəngi “Beşiktaş”la qarşılaşıblar. “Sabah” qalib gəlibsə, “Neftçi” məğlubiyyətə üzülüb.
“Neftçi” bu raundda “Beşiktaş”ı keçsə, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk görüşündə “Aris” doğma meydanda 1:0 hesablı qələbəyə sevinib.
“Sabah” isə “Partizan”ı üstələməyi bacarsa, “Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) duelinin qalibi ilə qarşılaşacaq. Bu komandaların Rumıniyada keçirilmiş ilk matçında qapılara qol vurulmayıb.
Azərbaycan çempionu “Qarabağ” da Avropa Liqasının 3-cü raundunda Finlandiyanın HJK komandasına uduzsa, Konfrans Liqasının pley-offunda “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Sözügedən kollektivlərin Rumıniyadan baş tutan ilk görüşündə meydan sahibləri darmadağınla qalib gəliblər – 3:0.
Türkiyənin Konfrans Liqasındakı digər təmsilçilərindən “Fənərbaxça” bu gün “Maribor”u (Sloveniya), “Adana Dəmirspor” isə “Osiyek”i (Xorvatiya) qəbul edib. Hər iki oyunda qardaş ölkə təmsilçiləri qələbə qazanan tərəf olublar.
Bu mərhələnin cavab görüşləri isə 17 avqustda baş tutacaq.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
10 avqust
“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) 1:0
“Struqa” (Şimali Makedoniya) – “Svift” (Lüksemburq) 3:1
“Bodo Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) 3:0
“Sabah” (Azərbaycan) – “Partizan” (Serbiya) 2:0
“Dila” (Gürcüstan) – APOEL (Nikosiya, Kipr) 0:2
“Santa Koloma” (Andorra) – “Alkmaar” (Niderland) 0:1
“Legiya” (Polşa) – “Austriya” (Avstriya) 1:2
“Neftçi” (Azərbaycan) – “Beşiktaş” (Türkiyə) 1:3
“Omoniya” (Kipr) – “Midtyulland” (Danimarka) 1:0
“Viktoriya” (Plzen, Çexiya) – “Qzira Yunayted” (Malta) 4:0
“Rusenborq” (Norveç) – “Hart” (Şotlandiya) 2:1
“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) 1:1
“Valmiera” (Latviya) – “Partizani” (Albaniya) 1:2
“Farul” (Rumıniya) – Flora (Estoniya) 3:0
“Hapoel” (Beer-Şeva, İsrail) – “Levski” (Bolqarıstan) 0:0
“Hamrun Spartans” (Malta) – “Ferentsvaroş” (Macarıstan) 1:6
“Adana Dəmirspor” (Türkiyə) – “Osiyek” (Xorvatiya) 5:1
“Aroka” (Portuqaliya) – “Brann” (Norveç) 2:1
“B36 Torshavn” (Farer adaları) – “Riyeka” (Xorvatiya) 1:3
“Çelye” (Sloveniya) – “Neman” (Belarus) 1:0
“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) 5:1
“Fənərbaxça” (Türkiyə) – “Maribor” (Sloveniya) 3:1
“Lex” (Polşa) – “Spartak” (Trnava, Slovakiya) 2:1
“Tvente” (Niderland) – “Riqa” (Latviya) 2:0
“Aris” (Saloniki, Yunanıstan) – “Dinamo” (Kiyev, Ukrayna) 1:0
“Styaua” (Rumıniya) – “Nordsyelland” (Danimarka) 0:0
“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) 3:1
“Ballkani” (Kosovo) – “Linkoln” (Cəbəllüttariq) 2:0
“Hayduk” (Split, Xorvatiya) – PAOK (Yunanıstan) 0:0
“Rapid” (Vyana, Avstriya) – “Debretsen” (Macarıstan) 0:0
Bizi Facebook-da izləyin